MƏDƏNİYYƏT


Bayram tətili günlərində Şəki Xan Sarayını ziyarət edənlərin sayı xeyli artıb

Qədim Şəki bənzərsiz gözəlliyi, dünya əhəmiyyətli tarixi-memarlıq abidələri, milli mətbəxi ilə ilin bütün fəsillərində yerli və xarici turistləri özünə cəlb edir. Yay aylarında, xüsusilə bayram günlərində Şəkiyə gələn turistlərin sayında xeyli artım müşahidə olunur. Builki Qurban bayramı günləri də istisna təşkil etməyib. Son günlər bu qədim şəhərin qonaqlarının sayı nəzərəçarpacaq dərəcədə artıb. Bayram günlərində turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi olub. Bu da təsadüfi deyildir. Burada yerləşən muzey və karvansaraylar, həmçinin XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi – Şəki Xan Sarayı yerli və xarici turistlərin daha çox marağına səbəb olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır