DÜNYA


Evbey adasında meşə yanğınları

Yunanıstanın Evbey adasında dünən səhərdən başlayan meşə yanğınlarını söndürmək mümkün deyil. Alov yerli qoruğu məhv edir və yaxınlıqda yerləşən Stavros və Kondodespoti kəndlərinin sakinlərinə təhlükə yaradır. Yerli hakimiyyət orqanları hadisə yerinə inşaat texnikası daşımaqla yaşayış yerlərinə girəcək yollarda yanğındanmühafizə zolağı yaratmağa cəhd göstərirlər. Lakin yanğınsöndürənlər artıq əhalini təxliyə olunmağa səsləyiblər. Çünki güclü külək səbəbindən alov onların evi istiqamətində sürətlə yayılır. Alovun söndürülməsində 200-dən çox insan və 67 yanğınsöndürən maşın cəlb olunub. Həmçinin aviasiyadan - 5 helikopter və 6 təyyarədən istifadə olunur. Görülən bütün tədbirlərə baxmayaraq, təbii fəlakəti nəzarətə götürmək mümkün olmur. Güclü tüstü görünmənin pisləşməsinə səbəb olub. Adada bir sıra yollarda avtomobillərin hərəkəti dayandırılıb.