Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Roma” Cengiz Ünder ilə müqaviləsini uzadıb

15.08.2019 [20:09]

22 yaşlı hücumçunun yeni sözləşməsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Qeyd edək ki, Ünder 2017-ci ilin iyul ayında “Başakşehir”dən “Roma”ya transfer olunub. O, İtaliya təmsilçisinin heyətində 65 oyunda 14 qol vurub. Cihah hücumçusu 2016-cı ildən Türkiyənin əsas millisinin də formasını geyinir.