İDMAN


“Neftçi” UEFA Avropa Liqasında mübarizəsini dayandırıb

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Bney Yehuda” - “Neftçi” oyunu başa çatıb.
AZƏRTAC xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində yeganə qolun müəllifi 90-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Emin Mahmudov olub.
Beləliklə, “Neftçi” iki oyunun nəticəsinə əsasən UEFA Avropa Liqasında mübarizəsini dayandırıb.