İDMAN


Dünya Karate Federasiyasının Hakimlər Komissiyası Bakıda seminar keçirir

Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komissiyasının rəsmiləri karate üzrə seminar keçirmək üçün Bakıya gəliblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının dəvəti ilə paytaxtımıza gələn komissiya sədri Xavyer Eskalante (İsveç), komissiya katibinin asisstenti Fariba Madani (ABŞ) və komissiyanın üzvü Cavad Səliminin (İran) rəhbərliyi ilə avqustun 16-da yerli hakim və məşqçilər üçün növbəti seminar başlayıb. Seminarın nəzəri hissəsində karate idman növü ilə bağlı qaydalardan söhbət açılıb, dəyişikliklər və yeniliklər barədə məlumat verilib.