İDMAN


“Roma” klubu hücumçu Edin Dzeko ilə müqavilənin müddətini uzadıb

İtaliyanın “Roma” klubu Bosniya və Herseqovinadan olan hücumçusu Edin Dzeko ilə müqavilənin müddətini uzadıb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 33 yaşlı futbolçu paytaxt təmsilçisi ilə üçillik müqavilə imzalayıb.
E.Dzeko 2016-cı ildən “Roma”nın şərəfini qoruyur. O, klubun heyətində keçirdiyi 179 oyunda 87 qol vurub və 38 məhsuldar ötürmə edib.