İDMAN


Qəza enişi etmiş A321 təyyarəsinin komandiri Rusiya futbol çempionatının açılışını etdi

Moskva ətrafında qarğıdalı tarlasına enən A321 təyyarəsinin ekipaj üzvləri Rusiya çempionatının altıncı turunun "Ural" və "Krılya sovetov" matçına fəxri qonaq olaraq dəvət ediliblər. Təyyarə komandiri Dəmir Yusupov və ekipaj pilotu Georgi Murzin, həmçinin təyyarənin uçuş heyəti azarkeşlərin alqışları ilə qarşılanıblar. Onlara klubdan hədiyyələr, bütün Ural oyunlarına daimi üzvlük vəsiqələri təqdim edilib.