MƏDƏNİYYƏT


Misirli turistlər daha çox tarixi abidələrə, muzeylərə maraq göstərirlər

Avqustun 7-də ölkəmizə birbaşa çarter reysi ilə Misirin Qahirə şəhərindən ilk uçuş baş tutub. “PAS” hava yollarına məxsus təyyarələrlə reallaşdırılan ardıcıl çarter uçuşların birincisi Azərbaycanın Qəbələ hava limanında reallaşdırılıb. Bu səfərdə 70-ə yaxın turistin qonaqlanmasını və Azərbaycanın müxtəlif regionlarında gəzintisini təmin və təşkil edən “Zakher Travel” ölkəmizdə turizm sahəsinin inkişafı üçün mühüm istiqamətin başlanğıcını qoymuşdur. Misirdən birbaşa çarter uçuşlar 7 istiqamət üzrə aparılacaq. Ümumiyyətlə, çarter reysləri vasitəsilə Azərbaycana 600-dək misirli turistin gələcəyi gözlənilir.