İQTİSADİYYAT


Beyləqanda respublika müşavirəsi keçirilib

Beyləqan rayonunda Kənd Təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbər heyəti, rayon icra hakimiyyəti strukturunun məsul şəxsləri, nazirliyin tabeli qurumlarının, pambıq əkini aparılmış 20 rayonun Dövlət Aqrar İnkişaf mərkəzlərinin rəhbərləri, pambıqçılıqla məşğul olan 60-a yaxın fermer, eləcə də pambıq emalı müəssisələrinin nümayəndələri iştirak ediblər.