İDMAN


Aprel şəhidlərinin övladları üçün “Yelkənli idmanın bir günü” adlı tədbir təşkil olunub

Avqustun 26-da Aprel şəhidlərinin övladları üçün “Yelkənli idmanın bir günü” adlı əyləncəli-maarifləndirici tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Yelkənli İdman Federasiyasının (AYİF) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirin məqsədi şəhid övladlarının yelkənli idmanla tanış olması, onlarda bu idman növünə maraq və istəyin aşılanması, yelkənli qayıqların idarə edilməsi barədə məlumatlandırılması olub. Ümumilikdə 16 iştirakçının qatıldığı tədbirdə iştirakçılara yelkənli qayıqdan istifadə qaydaları, açıq dənizdə küləklə mübarizə, küləyin istiqamətinin seçilməsi, qayıqların təhlükəsiz idarə edilməsinin sirləri öyrədilib.