Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aleksis Sançes “İnter”də tibbi baxışdan keçmək üçün Milana gəlib

29.08.2019 [20:35]

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Aleksis Sançes karyerasını İtaliya təmsilçisi “İnter”də davam etdirəcək.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 31 yaşlı hücumçu tibbi baxışdan keçmək üçün Milana gəlib. Çilili forvardın bu gün “İnter”lə müqavilə bağlayacağı gözlənilir.