İDMAN


“Qarabağ” altıncı dəfə avrokubokların qrup mərhələsinə yüksəlib

Avqustun 29-da Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Şimali İrlandiyanın “Linfild” komandası ilə cavab görüşü keçirib.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “Qarabağ” komandası iki oyunun nəticəsinə görə (2:3, 2:1) UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır