İDMAN


Eden Hazard ötən mövsüm UEFA Avropa Liqasının ən yaxşı oyunçusu seçilib

Avqustun 30-da UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdən əvvəl UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün ən yaxşı oyunçusunun adı açıqlanıb.
Bu ada İspaniyanın “Real Madrid” klubunda çıxış edən İngiltərənin “Çelsi” klubunun sabiq futbolçusu Eden Hazard layiq görülüb.