İDMAN


“Qalatasaray” İngiltərənin “Sautqempton” klubunun futbolçusunu transfer edib

Son ölkə çempionu İngiltərənin “Sautqempton” klubundan Mario Leminanı heyətinə qatıb. İyirmi altı yaşlı qabonlu yarımmüdafiəçi birillik icarəyə götürülüb.

M.Lemina karyerası ərzində Fransanın “Loryen”, “Marsel” və İtaliyanın “Yuventus” klublarında oynayıb. O, ötən mövsüm İngiltərə Premyer Liqasında 21 görüşdə meydana çıxıb və 1 qol vurub.