SİYASƏT


AZƏRTAC və İsrailin Tazpit agentliyi Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalayıblar

AZƏRTAC və İsrailin Tazpit xəbər agentliyi informasiya mübadiləsi və media texnologiyaları sahəsində əməkdaşlığa başlayır.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Tazpit agentliyinin təsisçisi və icraçı direktoru Amotz Ayal arasında Bakıda keçirilən görüşdə əlaqələrin qurulması və perspektivləri ətrafında geniş müzakirələr aparılıb. Azərbaycan və İsrail arasında sıx mədəni, tarixi əlaqələrin olduğunu deyən Aslan Aslanov ölkələrimizin hazırda bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini bildirib. Qeyd olunub ki, bütün bunlar informasiya sahəsində də tərəfdaşlıq üçün böyük imkanlar açır. İlkin mənbədən məlumat mübadiləsinin iki ölkə arasında bütün istiqamətlər üzrə münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.