MƏDƏNİYYƏT


Azərbaycanlı dizaynerdən Nyu-Yorkda “Xarı Bülbül çiçəyi” kolleksiyası

Azərbaycanlı dizayner Rüfət İsmayıl Nyu-York moda həftəsi çərçivəsində özünün 30 modeldən ibarət “Xarı Bülbül çıçəyi” adlı yeni kolleksiyasını dünyanın əfsanəvi fashion məkanı olan “Springs Studio”da təqdim edib.
AZƏRTAC xəbər verir ki, “Xarı bülbül” mövzusunda olan bu kolleksiyanı yaratmağa dizayneri Azərbaycanın Qarabağ bölgəsində bitən xarı bülbül çiçəyi ruhlandırıb.