MƏDƏNİYYƏT


Parisdə Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” kitabının təqdimatı keçirilib

Parisdəki səfirliyimizin Mədəniyyət Mərkəzində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Fransada fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evində işıq üzü görmüş Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Strasburq Universitetinin müəllimi, Strasburq Vəkillər Kollegiyasının üzvü Tyeri Edmondun moderatorluq etdiyi tədbirdə ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Timuçin Hacıbəylinin həyat yoldaşı Paskal Hacıbeyli Buşe çıxış ediblər.