Azərbaycan Dövlət İnformasiya Agentliyi

Havanın temperaturu enəcək, yağış yağacaq

07.09.2019 [14:56]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-19°, gündüz 22-24° isti, Bakıda gecə 17-19°, gündüz 22-24° isti olacaq. 

BÖLMƏNİN DİGƏR VİDEOLARI