Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazaxıstanda Azərbaycanın Xalq yazıçısı Anarla görüş keçirilib

08.09.2019 [19:53]

Xəbərin mətni

Qazaxıstan Milli Akademik Kitabxanasında ölkə ictimaiyyəti, diaspora üzvləri ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov ölkəsinin tanınmış şəxsiyyətləri ilə qürur duyduğunu bildirib. Səfir belə tanınmışlardan olan Anarın təkcə ölkəmizdə deyil, həmçinin dünyada nüfuzlu söz adamlarından biri kimi sevildiyini söyləyib. Bildirib ki, o, öz yaradıcılığı ilə nəyinki türk xalqlarının ədəbiyyatına, eləcə də dünya ədəbiyyatına böyük töhfələr verib.