Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKSOY-un Gənclər Kamera Orkestri Bakıda çıxış edib

10.09.2019 [10:47]

Xəbərin mətni

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Gənclər Kamera Orkestri Orta Asiya və Azərbaycan turnesinə çıxıb. Kollektivin səfəri Qazaxıstandan başlayıb. Orkestr avqustun 27-dən sentyabrın 2-dək Qazaxıstanın Türkistan, Şımkent, Taraz şəhərlərində konsertlər verib. Bunun ardınca kollektiv sentyabrın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə çıxış edib. Ayın 6-da yenidən Qazaxıstana qayıdaraq Almatı şəhərində konsert verib. Daha sonra isə Bakıya gəlib.