İDMAN


Bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasiminin yoxlama məşqi olub

Sentyabrın 16-dan 22-dək davam edəcək dünya çempionatında 61 ölkədən 300-dən çox gimnast mübarizə aparacaq. Çempionatın açılış mərasiminin bədii hissəsi “Şərq nağılı” adlanır. Təşkilatçılar bu dəfə də rəngarəng, bənzərsiz və tamaşaçıları nağıllar aləminə səyahətə “aparacaq” şou vəd edirlər. Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş kompozisiya ilə yanaşı, Azərbaycanın məşhur ifaçılarının iştirakı da nəzərdə tutulub. Həmçinin mərasimdə 200 yerli gimnast çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır