MƏDƏNİYYƏT


İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Berlində konsert təşkil edilib

Sentyabrın 11-də Almaniyanın paytaxtı Berlində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bəstəkarlarımızın əsərlərindən ibarət “In Memoriam Nasimi – 650 Jahre Imadeddin Nasimi” adlı konsert təşkil edilib.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov iştirakçılara İmadəddin Nəsiminin ömür yolu və bənzərsiz yaradıcılığı haqqında məlumat verib.