İDMAN


Yeddinci arena polo üzrə dünya kuboku turnirinin oyunçuları ictimaiyyətə təqdim olunub

AZƏRTAC xəbər verir ki, ARAF-ın baş katibi Bəhruz Nəbiyev tədbirdə çıxış edərək sentyabrın 13-dən 15-dək keçiriləcək bu turnirin də əvvəlki yarışlar kimi yüksək səviyyədə təşkil olunması üçün federasiyanın ciddi hazırlaşdığını diqqətə çatdırıb. Azərbaycanın dünyada polonun vətəni kimi tanındığını vurğulayan B.Nəbiyev bildirib ki, son illər Azərbaycanın paytaxtında bir neçə mötəbər polo turniri yüksək səviyyədə təşkil olunub, Bakıda dünya kuboku yarışları keçirilib. 2015-ci ildə Azərbaycan arena polo üzrə birinci Avropa çempionatına uğurla ev sahibliyi edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır