MƏDƏNİYYƏT


ATAA-nın Dünya Turizm Təşkilatına assosiativ üzvlüyə namizədliyi qəbul edilib

Sentyabrın 12-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən BMT-nin Dünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilata assosiativ üzvlüyə namizədliyi qəbul edilib.
AZƏRTAC xəbər ki, sessiyanın gündəliyində turizmin təhsildə və yeni iş yerlərinin açılmasında rolu, beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular müzakirə olunub.