İDMAN


Yeddinci arena polo üzrə dünya kubokunun açılış mərasimi keçirilib

Sentyabrın 13-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Bakıda 7-ci arena polo üzrə dünya kuboku turnirinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Dünya Polo Federasiyasının prezidenti Reto Qaudenzi və digər qonaqlar iştirak ediblər.
Turnirin açılış mərasimində iştirakçı komandaların keçidi olub.