İDMAN


1000-ə yaxın karateçi uşaq Bakı Bulvarında

Sentyabrın 14-də Dənizkənarı Milli Parkda uşaq, yeniyetmə və gənclər üçün açıq karate seminarı təşkil olunub.
Karatenin daha da populyarlaşması və təbliği istiqamətində tədbir planlarına aid olan bu seminar sentyabrın 27-29-da Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş 6-13 yaşlı uşaqlar arasında “Olimpiya ümidləri” beynəlxalq turnirinin ilk hissəsi kimi yarış iştirakçıları üçün nəzərdə tutulub. Tədbirdə federasiya rəsmiləri, milli komandanın məşqçilər heyəti, eləcə də kapitan Rafael Ağayev başda olmaqla, komanda üzvləri təcrübələrini azyaşlı karateçilərə nümayiş etdiriblər.