Temperatur 31 dərəcəyə yüksələcək
16.09.2019 [14:05]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-22°, gündüz 26-29° isti, Bakıda gecə 20-22°, gündüz 27-29° isti olacaq.