Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yamaykada iki futbolçunu ildırım vurdu

20.09.2019 [19:15]

Yamaykanın paytaxtı Kinqstonda keçirilən futbol oyununun 82-cü dəqiqəsində iki futbolçunu ildırım vurub. İflic halına düşən oyunçular xəstəxanaya yerləşdirilib. Hadisənin videosunu azarkeşlərdən biri cib telefonu ilə çəkərək internetdə yerləşdirib.