MƏDƏNİYYƏT


Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Üzeyir Hacıbəyli haqqında ingilis dilində videoçarx hazırlayıb

Videoçarxda Üzeyir bəyin keşməkeşli həyatı, erməni terrorçuları tərəfindən həmişə təqib edilməsi ön planda təqdim olunur. Bildirilir ki, Üzeyir Hacıbəyli Qori Müəllimlər Seminariyasında təhsilini başa vurduqdan sonra Hadrut kəndinə göndərilir. Orada bir il müəllim işləyir. 1905-ci ildə azərbaycanlılara qarşı qırğınlar başlayan zaman Üzeyir bəyə xələl yetirilməsin deyə, gecə ilə onu Yevlaxa yola salırlar. Oradan da qatarla Bakıya gəlir. 1905-ci il avqustun 20-də Üzeyir Hacıbəyli Bakı vağzalına çatır. Ancaq gözlədiklərinin əksinə olaraq, burada da erməni millətçilərinin törətdiyi qırğınların canlı şahidi olur.