MƏDƏNİYYƏT


“Daşın nəğməsi” IV Beynəlxalq heykəltəraşlıq simpoziumunun əsərləri dahi şair Nəsimiyə həsr olunub

Hər il olduğu kimi, bu il də “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində “Daşın nəğməsi” adlı IV Beynəlxalq heykəltəraşlıq simpoziumu başlayıb.
AZƏRTAC xəbər verir ki, budəfəki simpoziumda yaradılan əsərlər 650 illik yubileyi qeyd olunan Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunub. Simpoziumda bu dəfə 8 ölkədən 11 heykəltəraş iştirak edir.