Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda bədii gimnastika üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib

22.09.2019 [18:35]

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edib. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparıb.