MƏDƏNİYYƏT


Azərbaycanın turizm potensialı barədə seminar yaponiyalı iş adamları tərəfindən maraqla qarşılanıb

Tokionun “Bunkyo Civic Center” mərkəzində “Cross Border Club” şirkətinin və Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə ölkəmizin turizm potensialı mövzusunda növbəti seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın müxtəlif şəhərlərindən gəlmiş iş adamlarının qatıldığı seminarda “Cross Border Club”ın baş meneceri Kazuyasu İşida, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin icraçı direktoru, agentliyin Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev ölkəmizin turizm potensialı barədə məlumat veriblər.