MƏDƏNİYYƏT


Berlin Humboldt Universitetində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının və Berlin Humboldt Universitetindəki Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans təşkil edilib.
AZƏRTAC xəbər verir ki, giriş sözü ilə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov klassik Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan Nəsiminin yaradıcılığına nəzər yetirib, onun əsərlərinin əhəmiyyətindən və ömür yolundan söz açıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır