MƏDƏNİYYƏT


Berlində İmadəddin Nəsiminin 650 illiyi münasibətilə konsert olub

İmadəddin Nəsiminin 650 illiyi və UNESKO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi münasibətilə Berlin şəhərində konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, konserti giriş sözü ilə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov açaraq böyük ədib və filosof İmadəddin Nəsiminin həyat və yaradıcılığından söhbət açıb, onun Azərbaycan ədəbiyyat tarixində unudulmaz izlər buraxdığını bildirib.
Səfir İmaddədin Nəsimiyə məxsus yaradıcılığın Azərbaycan ədəbiyyatşünaslığının daimi araşdırma mövzularından biri olduğunu iştirakçıların nəzərinə çatdırıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarını vurğulayaraq, 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunduğunu qeyd edib.