MƏDƏNİYYƏT


"Rossiya 1" telekanalı Azərbaycandan daha bir veriliş hazırladı

Rusiyanın "Rossiya 1" telekanalında yayımlanan "Po sekretu vsemu svetu" verilişinin növbəti bölümü Azərbaycana həsr edilib.
AZƏRTAC xəbər verir ki, proqramın yaradıcı heyəti Azərbaycanın gəzməli-görməli yerlərinə, turiz bölgələrinə baş çəkiblər.
Verilişin aparıcısı Olqa Kuzmina Azərbaycanın qədim tarixindən, mədəniyyətindən, yaradıcılığı ilə çoxlarından seçilən sənətkarlarından, ləziz mətbəxindən, əsrarəngsiz koloritindən, mehriban, gülərüz və qonaqpərvər sakinlərindən bəhs edib.
Verilişin aparıcısı bu səfərinin odlar yurduna ilk gəlişi olmadığını və hər dəfə bura gəldikdə Bakını daha rəngarəng gördüyünü dilə gətirib. O, bu dəfə regionlarda – Naftalanda, Xınalıqda və digər bir-birindən gözəl başqa məkanlarda da olub: “Azərbaycan sözün məcazi və elə həm də həqiqi mənasında təbii resurslar ölkəsidir. Burada neftdə çimib, ondan keyfiyyətli rəngli boya kimi istifadə də edə bilərsən. Burada torpağın yetişdirdiyi məhsulları ilə qürurlanıb, onu dəyərləndirməyi bacarırlar” deyə Olqa Kuzmina bildirir.