Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Moldova parlamentlərarası əməkdaşlığının inkişafına dair müzakirələr aparılıb

25.09.2019 [10:20]

Xəbərin mətni

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov Qazaxıstana səfəri çərçivəsində sentyabrın 24-də Moldova parlamentinin Sədri xanım Zinaida Qreçanıy ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı məsələləri müzakirə olunub. Bu münasibətlərin inkişafının intensiv xarakter daşıması yüksək qiymətləndirilib.