Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan rəssamlarının əsərləri Pekin Biennalesində

25.09.2019 [15:26]

Xəbərin mətni

Azərbaycanlı rəssamların əsərləri Çinin paytaxtında keçirilən 8-ci Pekin Beynəlxalq İncəsənət Biennalesində nümayiş olunub.
“Rəngarəng dünya və ortaq gələcək” devizi ilə keçirilən builki incəsənət festivalında 113 ölkədən 640 əsər nümayiş olunub. Bura rəsm və heykəltəraşlıq əsərləri, fotoşəkillər, müasir incəsənət nümunələri, videolar daxildir.