CƏMİYYƏT


Umayra Tağıyeva: Əhali "meteo.az" saytı vasitəsilə Bakı üçün həftəlik hava proqnozunu əldə edə biləcək

Hava şəraitinin necə olacağı hamını maraqlandıran bir məlumatdır. Müasir dövrdə insanlar hava proqnozlarını dinləyib öz planlarına müəyyən düzəlişlər edirlər. Bu informasiyanın əhaliyə daha dolğun, operativ çatdırılmasının yollarından biri də sosial şəbəkələr və saytlardır. Saytlarda çox sayda müxtəlif xarici mənbələrə aid olan proqnozlar yayımlanır. Əhali bunların doğru, yalnış və rəsmi məlumat olub-olmadığını adətən araşdırmadan qəbul edir. Müxtəlif mənbələrdə eyni məkan və gün üçün olan fərqli məlumatlar onlarda çaşqınlıq yaradır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan meteo.az saytı həmin qeyri-müəyyənlikləri aradan qaldırmaqla əhaliyə bizim ölkəyə səfərlərini planlaşdıran insanlara daha dolğun, digər mənbələrdən fərqli olaraq ölkəmizin yerli şəraitini, relyefini, Xəzər dənizinin təsirini və digər amilləri nəzərə almaqla hazırlanan proqnozları əldə etmək imkanını verəcək.