MƏDƏNİYYƏT


IAEA 2019 konfransının iştirakçıları üçün mədəni tur təşkil edilib

Sentyabrın 25-də IAEA 2019 konfransının iştirakçıları üçün Bakı, Qobustan və Qubaya mədəni tur təşkil edilib.
Tarixçi Fuad Axundovun müəllif turu çərçivəsində qonaqlar paytaxtımızın görməli yerləri ilə tanış olub, Dağüstü parkdan Bakının mənzərəsini seyr ediblər.
Fuad Axundov qonaqlara İçərişəhərin məhəllələri, binaları və qala divarlarından söz açıb. Onun inqilabdan əvvəlki Bakının neft maqnatları, onların evləri və taleləri haqqında hekayələri dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Qonaqlara “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada yerləşən orta əsr Şərq memarlığının şah əsəri Şirvanşahlar Sarayı Kompleksi, Qız qalası haqqında məlumat verilib, İçərişəhərin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edildiyi diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır