MƏDƏNİYYƏT


İtaliyanın televiziya kanallarında Azərbaycan haqqında proqram nümayiş olunur

Bu günlərdə İtaliyanın LA VOCE TV və RETEORO televiziya kanallarında günün müxtəlif saatlarında "Səfirliklər və ölkələr" proqramının Azərbaycana həsr edilən buraxılışı nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, buraxılışda proqramın müəllifi və aparıcısı Manulea Biancospinonun Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadədən aldığı geniş müsahibəsi yer alıb.