SİYASƏT


Çin Xalq Respublikasının yaradılmasının 70 illiyi münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

Sentyabrın 26-da Çinin Azərbaycandakı səfirliyi milli bayram - Çin Xalq Respublikasının yaradılmasının 70-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Çinin Azərbaycandakı səfiri xanım Qo Min çıxış edərək ölkəsinin 70 ildə keçdiyi inkişaf yolundan danışıb, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu söyləyib. O deyib ki, bu gün Çin dünyanın ikinci ən böyük iqtisadiyyatıdır.