MƏDƏNİYYƏT


Vyanada Azərbaycan klassik musiqi axşamı keçirilib

Hər ilin sentyabr ayında dahi bəstəkar, musiqişünas alim və görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 134-cü ildönümü və Milli Musiqi Günü həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda geniş qeyd edilir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə sentyabrın 26-da Vyanada Azərbaycan klassik musiqi axşamı keçirilib.
Tədbirdə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova hər il Azərbaycanda geniş qeyd olunan Milli Musiqi Günü və bu günün birbaşa əlaqədar olduğu ölməz bəstəkar Üzeyir Hacıbəyli haqqında qonaqlara geniş məlumat verib.