Tokioda təşkil edilən “Azərbaycan mətbəxi axşamı” iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb
27.09.2019 [16:59]
Xəbərin mətni
Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin təşəbbüsü ilə Tokionun Haçiyoci şəhərində yerləşən “Hidamari” restoranında “Azərbaycan mətbəxi axşamı” keçirilib.
AZƏRTAC xəbər verir ki, qonaqlara mətbəximizin şahı olan plov, yarpaq dolması, “Paytaxt” və çoban salatları, ayran kimi milli yeməklərimiz təqdim olunub.