MƏDƏNİYYƏT


Zaqatala rayonunda II Beynəlxalq fındıq, qoz, şabalıd festivalı keçiriləcək

Sentyabrın 28-dən 30-dək Zaqatala rayonunda II Beynəlxalq fındıq, qoz, şabalıd festivalı keçiriləcək. Zaqatala şəhərindəki “Dədə Qorqud” meydanında baş tutacaq rəsmi açılış mərasimindən sonra festival iştirakçıları fındıq, qoz və şabalıddan hazırlanmış əl işləri, rəsm və tətbiqi sənət nümunələrindən ibarət sərgilərə baxacaq, fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olacaqlar.