SİYASƏT


Azərbaycan və Rumıniya arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib

Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Rumıniyanın Xarici İşlər naziri Ramona Nikol Manesku ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, nazirlər Azərbaycan və Rumıniya arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə ediblər. Ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd olunub.