MƏDƏNİYYƏT


Nəsiminin 650 illiyi münasibətilə Strasburqda muğam konserti olub

İmadəddin Nəsiminin 650 illiyi və UNESKO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi münasibətilə Strasburqda “Qarabağ” muğam qrupunun konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin və UNESKO üzrə Azərbaycan Milli Komissiyasının Strasburqun mərkəzində yerləşən qədim Sən-Pyer-lö-Jön kilsəsində birgə təşkil etdiyi konsertdə Avropa Şurasının rəsmiləri, diplomatik korpusun təmsilçiləri, yerli akademik və ictimai dairələrin nümayəndələri, habelə Azərbaycan icmasının üzvləri iştirak ediblər.