MƏDƏNİYYƏT


Respublika Folklor Festivalının seçim mərhələsinə şimal bölgəsindən 20-yə yaxın kollektiv qatılıb

Ənənəvi Respublika Folklor Festivalının seçim mərhələsinə şimal bölgəsində fəaliyyət göstərən 20-yə yaxın kollektiv qatılıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Xaçmaz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət mərkəzində keçirilən seçim turunda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarını təmsil edən folklor qrupları təqdimatlarla çıxış ediblər.