MƏDƏNİYYƏT


İçərişəhərdə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının təntənəli açılış mərasimi olub

Sentyabrın 28-dən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) birgə təşkilatçılığı ilə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının təntənəli açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində hökumət və dövlət nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus təmsilçiləri, habelə tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.