Azərbaycan-Hindistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
28.09.2019 [19:00]
Xəbərin mətni
BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Hindistanın Xarici İşlər naziri Subrahmanyam Caişankar ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, nazirlər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi imkanları, o cümlədən iqtisadi, nəqliyyat, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.