Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Milli Kitabxanasında Qazaxıstan Ədəbiyyatı və Mədəniyyəti Guşəsi açılıb

28.09.2019 [20:17]

Xəbərin mətni

VI Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkası çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Qazaxıstan Ədəbiyyatı və Mədəniyyəti Mərkəzinin açılışı olub.
AZƏRTAC Qazaxıstanın Azərbaycandakı səfirliyinin məlumatına istinadla xəbər verir ki, bu beynəlxalq layihənin məqsədi Qazaxıstan xalqının tarixi və mədəniyyəti, onun adət və ənənələri, iqtisadiyyat, siyasət və sosial sahədə qazanılmış nailiyyətlər, zəngin ədəbiyyatı, klassik və müasir nəsr və poeziya nümunələri barədə bilikləri yaymaqdır.